Sabah paytaxtda güclü şaxta ilə nəticələn çovğun gözlənilir. Fevralın 2-də temperaturun ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, şaxtalı keçəcəyi, qar yağacağı, bəzi yerlədə intensiv və güclü olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün axşamdan başlayaraq yenidən hava şəraiti daha da kəskinləşəcək. Rayonlarında fevralın 2-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB