Konstitusiya Məhkəməsinin sədri Strasburqda keçirilən seminarda iştirak edib
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən, yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində keçirilmiş seminarda iştirak edib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının tətbiqi işində milli məhkəmələrin fəallığının artırılmasının təmin edilməsi mövzusuna həsr olunan tədbirdə Avropa dövlətlərinin məhkəmələri tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və Avropa Məhkəməsinin praktikasının tətbiqinin vacibliyi ilə əlaqədar müzakirələr və qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB