FHN Göyçayda magistral qaz kəmərində baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçayda magistral qaz kəmərində baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonunun Qarayazı kəndi yaxınlığında diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərində yaranmış sızma nəticəsində alışmanın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB