Sahibə Qafarova: \"Senatda qondarma qanunun qəbulu Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini şübhə altına alır\" - MÜNASİBƏT
\"Fransa Senatı tərəfindən uydurma "erməni soyqırımı"nın inkarına görə cəzanı nəzərdə tutan qərarın qəbul edilməsi böyük ədalətsizlik , haqsızlıq və qanunun aliliyi prinsipinin pozulmasıdır. Bu qərar və onun ətrafında cərəyan edən hadisələr Fransa hakimiyyətinin və oradakı ermənipərəst dairələrin Türkiyə başda olmaqla, Türk dünyasına qarşı təzyiqinin bir vasitəsidir\". Millət vəkili, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova SİA-ya açıqlamasında deyib.
Millət vəkili bildirib ki, bu məsələ yalnız Fransada keçirilməsi gözlənilən seçkiyə görə deyil: \"Burada böyük siyasi oyunların izləri görünür. Unutmasınlar ki, bu gün Türkiyə güclü ölkədir, bu dövlət cavab tədbirləri elan edib və həmin tədbirlər davamlı olacaq. Bununla yanaşı, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Bu hadisə isə bir tərəfdən, işğalçı Ermənistana mənəvi dəstəkdir, digər tərəfdən Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini tam şübhə altına alır və ona inamsızlıq yaradır. Eyni zamanda, bu qərar Fransa xalqının 5-ci respublikasının demokratikliyinə şübhə oyadır".
Bu cür hərəkətlər dünyanın fundamental əsaslarına zərbə endirir. S.Qafarova deyir ki, bu sənədin qəbul edilməsi BMT-nin, ATƏT-in, Avropa Şurasının prinsiplərinə zərbə endirir: \"Bu, böyük bir rəzalətdir və bu rəzalətin başında sarkozilər, sənədə səs verən senatorlar, ermənipərəst dairələr dayanır. Bu hadisə istər-istəməz hər bir azərbaycanlıda qəzəb hissi yaradır. Çünki həmin sənədin qəbul olunması işğalçı Ermənistana siyasi və mənəvi dəstəkdir. Azərbaycan tərəfi məsələ ilə bağlı lazımi addımlar atır. Azərbaycan hökuməti möhtərəm Prezidentimizin simasında bu siyasətin doğru olmadığını açıq şəkildə bildirib. Eyni zamanda, cəmiyyətimiz müxtəlif formalarda bu məsələyə etiraz edib. Azərbaycan tərəfi bu məsələdə Fransanın ermənilərə dəstək verməsini onun Minsk qrupundakı fəaliyyətini şübhə altına aldığını birmənalı şəkildə bildirib. Bundan sonrakı addımlar da hökumətimizin siyasətində özünü göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



