Səfir: “Azərbaycan və İsrail arasındakı münasibətləri pozmağa çalışan qüvvələr istəklərinə çatmayacaqlar”

Səfir: “Azərbaycan və İsrail arasındakı münasibətləri pozmağa çalışan qüvvələr istəklərinə çatmayacaqlar”

\"Azərbaycan İsrailin Bakıdakı səfirliyinin və vətəndaşlarının təhlükəsizliyini çox yaxşı təmin edir\". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bir sıra xarici ölkə vətəndaşlarına, o cümlədən İsrailin ictimai xadimlərinə qarşı hazırlanan terror aktlarının qarşısını alması ilə bağlı suala cavabında bildirib. İki ölkə arasındakı münasibətlərə də toxunan M.L.Lotem vurğulayıb ki, Azərbaycan və İsrail arasındakı münasibətləri pozmağa çalışan qüvvələr istəklərinə çatmayacaqlar: "İsrail prezidenti Şimon Peres də bununla bağlı Azərbaycan prezidentinə təşəkkür edib. Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə təmin edilən təhlükəsizliyin və sabitliyin qorunması çox vacibdir".

Səfir həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Fələstin-İsrail münasibətlərinin yaxşılaşmasına töhfə verə biləcəyinidə deyib. Belə ki, hazırda Azərbaycanın BMT TŞ-də daimi nümayəndəsi bu məsələ ilə bağlı cəhdlər edir: "Azərbaycan İsrail-Fələstin məsələsinin həllinə birbaşa dəstək göstərə bilər. Bunun üçün Azərbaycan İsrailə və Fələstinə töhfəsini əsirgəməməlidir".

Səfir söyləyib ki, bu il İsrail hökumətinin vəsaiti ilə Azərbaycanda sənaye zavodu yaradılacaq. Hazırda Azərbaycan və İsrail arasında təkcə təhlükəsizlik sahəsində deyil, həmçinin digər sahələrdə də yaxşı əlaqələr mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə