\"Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupuna həmsədrliyi ləğv edilməlidir\"
"Bu qanun təkcə Türkiyə və Azərbaycana qarşı deyil, bütövlükdə Avropanın hüquq dəyərlərinə, ifadə və fikir azadlığına ciddi təhlükədir. Qanun layihəsi İnsan hüquqları haqqında ümumi bəyannamənin 19-cu maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə və Fransa Konstitusiyasına ziddiyət təşkil edir. Bu qanun doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə 1 il azadlıqdan məhrumetmə və ya 45 min avro məbləğində cərimə cəzasına məhkum edir. Ümid edirik ki, Sarkozinin təsiri altında olmayan müstəqil və ədalətli senatorlar bu qanundan Konstitusiya Məhkəməsinə şikayət edəcək və məhkəmə qanunun Fransa Konstitusiyasına uyğun olmamasını təsdiqləyərək,onun qüvvəyə minməsinin qarşısını alacaqdır. Sarkozi apardığı bu ədalətsiz siyasəti ilə əslində Fransanın keçmişini bir daha göstərmiş olur. Fransızların Əlcəzairdə törətdikləri soyqırımları unutması, Almanya tərəfindən işğal olunan zaman Osmanlının köməyi ilə işğaldan azad olması, İstiqlal savaşında Anadoluya qoşun yeridərək günahsız insanları öldürməsi, ermənilərin türklərə qarşı üsyana təşviq etməsi və ən əsası Sarkozinin babaları olan yəhudilərin avropadan qovulan zaman Osmanlının ədalətli qolları arasında yer tapmasını unudaraq, belə bir şərəfsiz addım atması bizə hörmətsizlikdən daha çox öz atababalarına hörmətsizlikdir! Qanun layihəsinin qəbul olunması ölkələr arasında beynəlxalq siyasi, iqtisadi və diplomatik böhranın yaranmasına səbəb olacaqdır. Azərbaycan məcburən bu ölkədəki diplomatik nümayəndəliyini geri çağırmalıdır. Çünki bu qanun layihəsinin qəbulu Fransada yerləşən Türkiyə və Azərbaycan diplomatik nümayəndəliklərinin fransa qanunvericiliyinə uyğun olaraq mühakimə olunması ilə nəticələnə bilər. Bu ölkələrlə istər siyasi, istərsə də iqtisadi əlaqələrin kəsilməsi Fransa üçün həqiqətən də beynəlxalq böhrana səbəb ola bilər. Bu isə heç bir halda fransa xalqının maraqlarına cavab verən bir addım deyildir. Fransa hakimiyyəti fransanı belə bir uçurumdan gecdə olsa qurtara bilmək şansını əldən verməsə, bu ilk növbədə onlar üçün daha yaxşı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB