Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. SİA-nın
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovdan aldığı məlumata görə, belə hava şəraitində avtomobil sahibləri və sürücüləri xüsusi zəncirlərdən istifadə etməli, təkərlərin təzyiqini normadan aşağı salmalıdırlar. Sürücülərə avtomobillərini ötürücü qutuların köməyi ilə dayandırmaları və ya hərəkətə gətirməyi məsləhət görülür.
Vaqif Əsədov deyib ki, yanvarın 28-də günorta saatlarına qədər paytaxtda maddi zərərlə nəticələnmiş 6 yol-nəqliyyat hadisəsi baş verib. Buna da səbəb avtomobillərin sürüşərək digərinə dəyməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB