Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Azərbaycana yanvarın 31-də gələcəklər. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, səfər fevralın 2-dək davam edəcək.
Diplomatlar ölkəmizə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, siyasi partiyaların təmsilçiləri, QHT və media nümayəndələri ilə görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB