Türkiyə parlamentinin spikeri: “Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha güclü olacaqlar”

Türkiyə parlamentinin spikeri: “Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha güclü olacaqlar”

\"Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güclü olacaqlar\". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı deyib. Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qərarına qarşı Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayan C.Çiçək ümidvar olduğunu bildirib ki, ölkələrimizin bir-birinə dəstəyi bundan sonra da davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, millət vəkilləri Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilovun daxil olduqları nümayəndə heyəti Ankarada səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə