Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqayı qəbul edib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN-in fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, həmçinin Nazirlik və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində, K.Tarqay da hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.
Görüşdə FHN-lə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB