"Eurovision 2012"nin püşkü atıldı

"Eurovision 2012"nin püşkü atıldı

Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində yarımfinallarda iştirak edən ölkələr arasında püşkatma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan iştirak edəcək.


Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina iştirak edəcək.


Qeyd edək ki, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək. Müsabiqənin qaydaları belədir.


Azərbaycan, İtaliya və İspaniya I yarımfinalda səs verəcək. Böyük Britaniya, Almaniya və Fransa isə II yarımfinalda səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə