Respublika ərazisində havaların soyuq keçməsi ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi abunəçilərinin "mavi yanacaq"la fasiləsiz və etibarlı təminatı üçün nəql olunan qazın həcmini artırıb. İB-dən SİA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə gündəlik sərfiyyat 12,2 milyon kubmetrdən 13,7 milyon kubmetrə qaldırılıb. Bu isə gündəlik sərfiyyatın 10,6 faiz artırılması deməkdir.
Respublikanın regionlarında isə gündəlik sərfiyyat 8,2 milyon kubmetrdən 9 milyon kubmetrə çatdırılıb.
Hava şəraitindən asılı olaraq bundan sonra da İB tərəfindən əhali abunəçilərinin təbii qazla fasiləsiz və etibarlı təminatı üçün bütün zəruri tədbirlər görüləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB