Ombudsman: \"Fransanın qanunun qəbulu ilə bağlı atdığı addım insan haqlarına zidd bir hərəkətdir\"

Ombudsman: \"Fransanın qanunun qəbulu ilə bağlı atdığı addım insan haqlarına zidd bir hərəkətdir\"

\"Fransanın uydurma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulu ilə bağlı atdığı addım beynəlxalq hüquqla yanaşı, insan haqlarına zidd bir hərəkətdir\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib. O bildirib ki, buna qarşı Azərbaycanın münasibəti birmənalı şəkildə pis olmalıdır. Ombudsmanın fikrincə, bu qanunun qəbulu Azərbaycanda hər bir kəs tərəfindən ədalətsiz və yersiz qərar hesab olunur. "Qanunun sona qədər qəbul ediləcəyi inandırıcı deyildi. Çünki bu parlamentin işi deyil. Beynəlxalq hüquqa görə bu qanun pozuntusu və böyük ədalətsizlikdir. Bu həm Türkiyə, həm də Azərbaycanda böyük əks-səda törədib. Dəfələrlə müraciət etmişik ki, dünya birliyi Xocalı soyqırımını tanısın. Biz daima oraya sənədlər, fotolar, bəyanatlar göndərsək də hələ ki bunlara qiymət verən yoxdur".

Bütün bunlara qarşı Azərbaycanın atacağı addımlara gəlincə, ombudsman bildirib ki, bu dövlətin səlahiyyətində və vəzifəsində olan bir məsələdir. Onun fikrincə, dövlət səviyyəsində Fransanın bu addımına qarşı lazımi tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə