ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah qoşunların təmas xəttində monitorinq keçilməsi planlaşdırılır. Müdafiə nazirlinin mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, monitorinq Tərtər rayonunun Qızıloba kəndinin cənub-qərb istiqamətindəki təmas xəttində reallaşacaq. Monitorinqi Azərbaycan tərəfdən Xristo Xristov və Uilyam Praroy, qarşı tərəfdən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas izləyəcək.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB