Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı seçilib

Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı seçilib

Avropa Şurası Parlament Assambleyası insan hüquqları üzrə yeni komissarı seçib. Bu vəzifəni Latviyanın cəmiyyətin inteqrasiyası məsələləri üzrə keçmiş naziri Nil Muycnieks tutub.


Yeni komissar BNS agentliyinə açıqlamasında etiraf edib ki, baş verənlərlə inanmağı gəlmir. Nila Mujnieks deyib ki, yeni vəzifədə işə aprelin 1-dən başlayacaq. O vaxta qədər isə vəziyyətdə tanış olacaq. "İşə nə vaxt tam başlasam, prioritetlərim barədə məlumat verəcəm", - yeni komissar bildirib.


Avropa Şurasının saytının məlumatına görə, Nil Muycnieksə mütləq əksəriyyət səs verib. O, bu vaxtadək Avropa Şurasının irqçiliyə və dözümsüzlüyə qarşı Komissiyasının rəhbəri olub.


Avropa Şurasının insan hüquqları üzrə komissarı müstəqil vəzifəli şəxsdir. Onun vəzifəsi Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarına riayət olunmasına yardım göstərməkdir. Bu vəzifə 1999-cu ildə təsis olunub. Komissar altı illiyə seçilir. 2006-cı ildə komissar vəzifəsini İsveçdən olan Tomas Hammarberq tuturdu.

Bütün xəbərlər Facebook səhifəmizdə