Sinan Oğan: “Fransanın qərarı ermənilərin bu yoldakı səyləri üçün əhəmiyyətli bir dəstək olub” - AÇIQLAMA
Fransada cari il aprelin 22-də keçiriləcək prezident seçkilərinin "Erməni soyqırımı" tezisi üzərindən icra ediləcəyi daha prezidentliyə seçimlərim başladığı ilk günlərdə müəyyən olub. SİA-nın xəbərinə görə, bunu Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan deyib. O bildirib ki, Fransadakı erməni mənşəli fransız vətəndaşlarının səslərini almaq istəyən seçki yarışının iki favorit adı artıq məlumdur və bunlar Fransa preizdenti Nicola Sarkozi və Sosialist Partiyasının namizədi François Hollandedir. Nicola Sarkozy 7 Oktyabr 2011-ci ildə Cənub Qafqazı əhatə edən səfər çərçivəsində ilk olaraq Ermənistana, daha sonra da Azərbaycan və Gürcüstana gedib. Sarkozi gəzintisinin ilk dayanacağı olan İrəvanda "sözdə soyqırım" abidəsini ziyarət edib və burada Türkiyəyə istiqamətli ağır ifadələr ehtiva edən açıqlamalar verib. Sarkozi Ermənistanda "Türkiyə də Fransa və Almaniya kimi böyük bir ölkədir. Buna görə Fransa və Almaniyanın etdiyi kimi Türkiyə də tarixini nəzərdən keçirməlidir", - deyib. Fransa Parlamentinin qəbul etdiyi bu qərarı Türkiyənin 2015-ci ilə gedən müddətdə əhəmiyyətli bir itki olacağı indidən görünür. Türkiyə təəssüf ki, 2015-ci il müddətində tam olaraq qavraya bilməməkdə və bu hadisənin ciddiliyini görə bilməməkdədir.
Halbuki, Erməni diasporu bu müddəti strateji olaraq qiymətləndirməkdə və bütün dünya səviyyəsində işlər icra etməkdədir. Fransanın qərarı ermənilərin bu yoldakı səyləri üçün əhəmiyyətli bir dəstək olub. Ermənilər bənzər qərarları digər ölkələrdə də qəbul etdirməyə çalışacaqlar. Çünki erməni strategiyasına görə hadisənin birinci tərəfi ictimaiyyəti formalaşdırmaq, ikinci tərəfi tanınma hədəflərinə əhəmiyyətli ölçüdə yaxınlaşılıb. Bu hadisənin romantik reaksiyalar xaricində yaxşı görülməsi və analiz edilməsi lazımdır. Çünki Fransanın bu qərarı yalnız Sarkozi və Hollandenin erməni səslərini almaq üçün atdıqları addım deyil.
Türkiyənin Avropadan qoparılmasını da planlaşdırmaqdır. Fransa hər platformada Türkiyənin önünü kəsməkdə və Avropa Birliynə üzvlüyü yolunda problemlər yaratmağa çalışır. Sarkozi Fransanı həm Orta şərqdə, həm Aralıq dənizində, xüsusilə də Qafqazda Türkiyəni özünə rəqib görməkdədir. Bu bölgələrdə yaşanan hər bir hadisə ilə Türkiyənin önünü kəsməyə çalışmaqdadır. Digər tərəfdən, Türkiyənin Avropa Birliyinə girməsini qətiliklə istəməməkdədir.
Türkiyənin bu mərhələdə icra etdiyi işlərin son dərəcə əskik, zəif və strategiyadan uzaq olduğu görülməkdədir. Türkiyə bu müddətdə əlindəki imkan və dinamikləri hərəkətə keçirə bilməyib. Görüldüyü kimi dünyada Türkiyəyə ən yaxın ölkə olan dost və qardaş Azərbaycanın türk ictimai rəyində köhnəldilməsi səbəblərinin yaxşı analiz edilməsi lazımdır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB