İslam Əməkdaşlıq Təşkilatı: “Bu qanunun qəbulu Fransada hökm sürən İslamofobiyanın təzahürüdür”

İslam Əməkdaşlıq Təşkilatı: “Bu qanunun qəbulu Fransada hökm sürən İslamofobiyanın təzahürüdür”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sədri Ekmeleddin İhsanoğlu Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə əlaqədar qərarını tənqid edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, o tarixi gerçəklər və dəlillərlə sübuta yetirilməyən bu qərarın qəbulunu qeyri-real bir adım adlandırıb. İhsanoğlu bu qanunu söz və fikir azadlığına, qanunlara və insan haqqlarına, dəyərlərə zidd olduğunu vurğulayıb. O, bunu həmçinin Fransada hökm sürən İslamofobiyanın təzahürü kimi xarakterizə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə