Paytaxta qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, yanvarın 24-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə