Prezident İlham Əliyevin Gəncəyə səfərinə həsr olunan müşavirə keçirilib - FOTO

Prezident İlham Əliyevin Gəncəyə səfərinə həsr olunan müşavirə keçirilib - FOTO

Ölkə prezidenti İlham Əliyevin Gəncə şəhərinə son səfəri ilə bağlı şəhər fəallarının müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev də iştirak edib.

Tədbirdən öncə dövlət başçısının ölkənin ikinci böyük şəhərinə gəlişi ilə bağlı hazırlanan video çarx nümayiş etdirilib. Ardından çıxış edən icra hakimyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, ölkə rəhbərinin Gəncəyə hər dəfə gəlişi tarixi əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, dövlət başçısının göstərişi ilə Gəncədə regionda analoqu olmayan filarmoniya binası inşa olunacaq. Bundan əlavə yeni bina arxitektura quruluşuna görə, respublika üzrə ən iri həcimli tikililərdən sayılır. Ayrıca prezident İlham Əliyevin Gəncənin tarixinin qorunması ilə inkişafına diqqət ayırması şəhərin qədimliyinin saxlanılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə iki saata yaxın davam edən müşavirənin sonunda dövlət başçısına təşəkkür məktubu ünvanlanıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə