Rusiyaya Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulmasına tərəfdar çıxıb
\"Azərbaycan və Ermənistan tərəflər arasında humanitar əlaqələrin qurulmasında vasitəçilik etmək üçün Rusiyaya müraciət ediblər\". SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya həmişə bu kimi humanitar əlaqələrin qurulmasına tərəfdar çıxıb və vasitəçi rolunu oynamağa hazırdır: "Bakı və İrəvan bizə müraciət edib ki, belə əlaqələrin qurulmasında vasitəçi olaq. Hər üç prezident bildirib ki, bu kimi əlaqələr Ermənistanla Azərbaycan arasında etimadı bərpa etmək və möhkəmləndirməkdə mühüm rol oynayır".
O, eyni zamanda vurğulayıb ki, Azərbaycan və Ermənistan liderləri atəşkəs xətti boyunca baş verən insidentlərin araşdırılması üçün vasitəçilərdən təkliflər gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB