"Yaşarın səhhəti yaxşı olsa idi, o zaman süni nəfəs aparatından ayırardılar". Bunu SİA-ya açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Onun sözlərinə görə, xalq artistinin səhhəti ağır olaraq qalır: "Bu gün də yanına getmişdim. Yanında olanda yatmışdı. Vəziyyət əvvəlki kimidir. Yenə də süni nəfəs aparatına qoşulu vəziyyətdədir. Huşu yerindədir".
"Bu gün yeni bir şey deyə bilmirəm. Həkimi ilə danışdım, dedi lazım olan bütün prosedurlar edilir. Müalicənin nəticəsi bu ayın sonuna qədər bilinəcək. Bütün günü Allaha dua edirik, Allahın möcüzəsinə inanırıq".
Qeyd edək ki, görkəmli aktyor uzun müddətdir Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB