Cümşüd Nuriyev: “Kiberhücum İran dövlətinin rəsmən razılaşdırılmış mövqeyidir” - MÜNASİBƏT

Cümşüd Nuriyev: “Kiberhücum İran dövlətinin rəsmən razılaşdırılmış mövqeyidir” - MÜNASİBƏT

İnformasiya müharibəsi soyuq müharibələrin başlanğıcıdır. Bunun dünyaya məlum olan 10 üsulu var. Bunlardan da biri hakerlərin hücumudur. Bu sözləri SİA-ya müsahibəsində siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib.


Politoloq hesab edir ki, yanvarın 16-da ölkədə fəaliyyət göstərən 25 internet resursuna kibermüdaxilə İranın Azərbaycanı gözü götürməməyinin nəticəsidir: "Ölkənin dövlət və xəbər saytlarının dağıdılması ilə İran Azərbaycana soyuq mübaribə etməklə kinini ortaya qoydu. Ancaq kiber müharibə elan etməklə İran özünü daha çətinə salıb. Azərbaycan saytları dağıdılmaqla oraya İsrail bayrağının yerləşdirilməsi, İslam partiyasının və onun sədrinin şəklin və sözlərin yazılması İranı savadsız davranışının nəticəsidir".


C.Nuriyev kiberhücumun İran dövlətinin rəsmən razılaşdırılmış mövqeyi olduğunu da bildirib: "Bu hadisə İranın Azərbaycana olan münasibətini bir daha ortaya qoydu. Ancaq İran düşünməsin ki, bu cür hərəkətlərlə nəyəsə nail ola bilər. İran anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir, ABŞ-la, İsraillə və digər dövlətlərlə münasibətlərinin necə qurulmasına özü qərar verir".


Politoloq bildirib ki, İran Azərbaycana qarşı hər zaman qeyri-səmimi siyasət aparıb: \"Bir vaxtlar İran az da olsa səmimi mövqe tutmağa çalışdı. Amma onların içərisindəki kin-küdurət yenə də öz işini gördü. İran hər zaman ermənipərəst mövqeyi ilə seçilib və bu cür münasibətlərlə də onun əsl üzü ortaya çıxır. Azərbaycana haker hücumu təşkil edən İran öz hesabına Ermənistana qaz, yol çəkir, körpü tikir, ərzaqla təmin edir. Bu gün Ermənistanın dünyada yeganə çıxa biləcək ölkəsi İrandır. Çünki Ermənistanın Gürcüstanla da münasibətləri heç də yaxşı səviyyədə deyil. Bu mənada demək olar ki, Ermənistana hər şey İran üzərindən həyata keçirilir. Bütün bunlar azmış kimi İran Ermənistana yeni SES tikir. İranın içərisindəki Ermənistan sevgisi bitib-tükənmir.


C.Nuriyev Azərbaycanın sivil dövlət olduğunu və heç vaxt İranın mövqeyini dəstəkləməyəcəyini də bildirib: "Bu gün İran dünyada dövlətdir ki, orada hicab məcburiyyəti var. Başqa heç bir sivil islam dövlətində hicab məcburi deyil. Onlar Azərbaycanın adını müxtəlif terror təşkilatları ilə birlikdə çəkərək gözdən salmaq istəyirlər. Ancaq İran yaxşı bilir ki, Azərbaycan onun dəstək verdiyi Ermənistan tərəfindən terrora məruz qalmış bir dövlətdir və hər zaman terrorizmin əleyhinə olub. ASALA erməni terror təşkilatına qucaq acan İran özü dövlət səviyyəsində terroru dəstəklədiyini dəfələrlə sübut edib. Bunun bariz nümunəsi onun Serj Sarkisyanla müttəfiqlik edərək Ermənistana qucaq acmasıdır.


C.Nuruyev Azərbaycan dövlətinin yürütdüyü balanslaşdırılmış siyasətə heç bir qüvvənin müdaxilə edə bilməyəcəyini və İranın öz daxili problemlərinin həllinə vaxt sərf etməsinin daha sərfəli olduğunu dedi: "İran tərəfindən Azərbaycana məqsədli şəkildə yönələn kiberhücuma qarşı ciddi tədbirlər görüləcək. Bununla İran dövləti özünə pislik edərək əsl iç üzünü bir daha acıb göstərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə