Prezident İlham Əliyev Gəncədə yeni salınan bayraq meydanın açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfər edib. Dövlət başçısının Gəncəyə səfəri Nizami Gəncəvi məqbərəsini ziyarəti ilə başlayıb. SİA-nın verdiyi məlumata görə, Prezident İlham Əliyev Gəncədə yeni salınan bayraq meydanın açılış mərasimində iştirak edib. Gəncə çayının sağ sahilində salınan meydanda Azərbaycanın dövlət bayrağı 100 metr hündürlükdə dalğalanacaq. Qeyd edək ki, Türkiyədə hazırlanan bayrağın uzunluğu 50, eni isə 25 metrdir. Hündürlüyü 4 metr nəzərdə tutulan postament qranitlə üzlənəcək. Qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB