“Azərsu”da “20 yanvar - Ümumxalq hüzn günü” ilə əlaqədar anım mərasimi keçirilib

“Azərsu”da “20 yanvar - Ümumxalq hüzn günü” ilə əlaqədar anım mərasimi keçirilib

"20 yanvar - Ümumxalq hüzn günü" münasibəti ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib. Cəmiyyətdən SİA-ya verilən məlumata görə, mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 20 yanvar faciəsinin Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib.

"Azərsu" ASC-nin sədri 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində verildiyini də diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, "Azərsu" ASC-nin baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və digərləri xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsini pisləyərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə