Millət vəkili: “Ermənistanın qeyri-konstruktivlik nümayiş etdirməsi bizim diplomatik, mənəvi, psixoloji üstünlüyümüzü təmin etmək üçün əsas verir”
\"Rusiyanın Soçi şəhərində baş tutacaq Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündə də əvvəlki görüşlərdə olduğu kimi problemli məsələlər yenidən müzakirə olunacaq. Bu müzakirələr növbəti mərhələlər üçün kifayət qədər əsaslar yaradacaq\". Bunu Səs TV-yə müsahibəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib: "Bu görüşlərin baş tutması özü müsbət bir haldır. Hesab edirəm ki, Rusiya prezidenti Dmitri Medvedev səmimi bir şəkildə bu cür görüşlərə rəhbərlik edir və Dağlıq Qarabağ probleminin həllində müəyyən irəliləyişin nail olunmasına çalışır. Hər bir görüşdə Azərbaycan tərəfinin ədalətli mövqeyi ortada durur və bu görüşlərdən sonra Ermənistanın qeyri-konstruktivlik nümayiş etdirməsi özünü büruzə verir. Bu bizim diplomatik, mənəvi, psixoloji üstünlüyümüzü təmin etmək üçün əsas verir".
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərin növbəti görüşü yanvarın 23-də Rusiyanın Soçi şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB