20 Yanvar faiəsinin ildönümü ilə əlaqədar yollarda avtomobillərin hərəkəti məhdudlşdırılacaq

20 Yanvar faiəsinin ildönümü ilə əlaqədar yollarda avtomobillərin hərəkəti məhdudlşdırılacaq
20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətində, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Teleteatr binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, bu proses yanvarın 20-də saat 08:00-dan mərasim sona çatana kimi davam edəcək.

Sürücülərə isə alternativ yollardan istifadə etmək məsləhət görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə