Prezident ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib. SİA-nın məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana səfərindən məmnunluğunu bildirib. Erik Rubin Amerika Birləşmiş Ştatları Prezidentinin və dövlət katibinin tapşırığı ilə ölkəmizə səfər etdiyini vurğulayıb. O, dövlətimizin başçısını Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və ölkəmizin "Eurovision" mahnı müsabiqəsinin qalibi olması münasibətilə təbrik edib. Erik Rubin 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud baza üzərində daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Ötən ilin Azərbaycan üçün əhəmiyyətli il olduğunu vurğulayan dövlətimizin başçısı 2011-ci ildə müstəqilliyimizin 20 illiyinin qeyd olunmasının önəmini qeyd edib. Prezident İlham Əliyev 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli formatda münasibətlərin daha da genişləndirilməsi istiqamətində yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişafına göstərdikləri diqqətə görə ABŞ-ın Prezidentinə və dövlət katibinə minnətdarlığını ifadə edib. Görüşdə 2012-ci ildə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB