Necdet Ünüvar: “Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzv seçilməsi böyük uğurdur”
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Necdet Ünüvar Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri xüsusi vurğulayaraq Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib və bildirib ki, Van şəhərində baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi ilk humanitar yardım bunun bariz nümunəsidir.
Necdet Ünüvar Azərbaycanın BMT TŞ-nın 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsini ölkəmizin böyük uğuru kimi qiymətləndirib və müvəffəqiyyət arzulayıb. Qonaq Azərbaycan Respublikasının Türk dünyasında müstəsna yerə malik olduğunu vurğulayıb.
Görüş zamanı regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB