Necdət Ünüvar: “Uydurma erməni soyqırımı Türkiyə ilə Azərbaycanın ortaq problemidir” - MÜNASİBƏT

Necdət Ünüvar: “Uydurma erməni soyqırımı Türkiyə ilə Azərbaycanın ortaq problemidir” - MÜNASİBƏT

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun bir qrup üzvü Bakıda səfərdədir. SİA-nın xəbərinə görə, onlar bu gün səhər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Şəhidlər xiyabanındakı "Türk əsgərləri" abidəsini ziyarət edib.

Dostluq qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Necdət Ünüvar jurnalistlərə açıqlmasında bildirib ki, səfərədə məqsəd 23 fevral tarixində Fransa parlamentində qondarma erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsinin qəbuluna qarşı Azərbaycanla birgə fəaliyyət yollarını müzakirə etməkdir.

"Biz bu məsələdə Azərbaycan dövlətinin, rəhbərliyinin də konkret mövqe ortaya qoyması üçün buradayıq. Uydurma erməni soyqırımı ilə mübarizə Türkiyə ilə Azərbaycanın ortaq problemidir. Azərbaycan bizə dost və qardaş ölkədir. Amma bu sadəcə, sözdə qalan məsələ deyil. Tarixə baxan zaman görərik ki, Türkiyə və Azərbaycan bir çox mövzuda, çətin günlərdə bir-birinə dəstək olub, birgə hərəkət ediblər. Bu problem də ortaq problem olduğu üçün birgə hərəkət edəcəyimizi düşünürük\", - deyə TBMM-in üzvü bildirib.

Qeyd edək ki, nümayəndə heyətinə Milliyyətçi Hərəkat Partiyasından (MHP) deputat Sinan Oğan, Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat Ali Özgündüz və digər parlament üzvləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə