Rusiya XİN: “Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi onun bütün dünyada nüfuzunu xeyli dərəcədə yüksəldir\"
"Rusiya Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktını müsbət qiymətləndirir". SİA-nın xarici mətbuat istinadən verdiyi xəbərə görə, bunu Moskvada keçirilən mətbuat konfransında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Gennadi Qatilov bəyan edib. O, Rusiyanın Azərbaycanın quruma üzv seçilməsinin lehinə səs verməsini və onun namizədliyini dəstəklədiyini xüsusilə vurğulayıb. "Nyu-Yorkdakı nümayəndə heyətlərimiz arasında kifayət qədər yaxşı, konstruktiv və faydalı qarşılıqlı əlaqə qurulub. Belə münasibətlərin gələcəkdə də davam edəcəyinə ümid bəsləyirəm".
O, qeyd edib ki, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi beynəlxalq aləmdə Azərbaycanın rolunun, onun BMT çərçivəsində apardığı aktiv fəaliyyətin tanınması deməkdir: "Bu hadisə Azərbaycanın imici və nüfuzuna müsbət təsir göstərəcək/ Əlbəttə, bu müsbət məqam bütün dünyada Azərbaycanın nüfuzunu xeyli dərəcədə yüksəldir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB