Qəbələ RLS-in icarə müddətinin uzadılması ABŞ-ı niyə narahat edir?-TƏHLİL
Rəsmi Moskvanın Qəbələ RLS-in icarə müddətinin ömrünün daha 13 il uzatmaq istəyi, eyni zamanda stansiyanı bir az da modernləşdirmək niyyəti, Azərbaycanla Rusiya arasında davam edən danışıqlar prosesi ABŞ-ın narahatlığına səbəb olub. Bir sözlə, Azərbaycan yenidən Rusiya və Birləşmiş Ştatlar arasında davam edən geostrateji çəkişmənin mərkəzindədir.
ABŞ əvvəlcə stansiyanın icarə müddətinin artırılması planlarından və məsələ ilə bağlı Azərbaycanla danışıqlara başlamasından narahat deyildi. Hətta stansiyanın Rusiya ilə birgə işlədilməsi təşəbbüsünə ABŞ o qədər də ciddi yanaşmamışdı. Rusiya tərəfindən danışıqların gedişində yeni şərtlərin irəli sürülməsi vəziyyəti dəyişib. Rusiyanın Azərbaycan tərəfinə Qəbələ RLS-ini söküb, yerində daha müasir, geniş imkanlara malik stansiya quraşdırmaq təklifi ABŞ-da ağıllı-başlı narahatlıq yaradıb.
Rəsmi Pentaqon dərk edib ki, Rusiya Qəbələ RLS-ni söküb, yerində yenisini quraşdırmaqla Birləşmiş Ştatlarla Avropada raketdən müdafiə sistemi elementlərini yerləşdirməsini balanslaşdırmağa çalışır. Hətta ötən ilin dekabrında prezident Dmitri Medvedev ABŞ-ın raketdən müdafiə sistemlərinə qarşı sərt bəyanatla çıxış etmişdi. Daha sonra Rusiya Müdafiə Nazirliyi elan etmişdi ki, Azərbaycan ərazisindəki Qəbələ RLS də daxil olmaqla bir sıra radiolokasiya sistemləri və ballistik raketlər Amerikanın planlarını neytrallaşdırmaq üçün səfərbər olunacaq.
Azərbaycan tərəfi Qəbələ RLS-in icarəsi üçün nə qədər məbləğ tələb etməlidir?
Hərbi analitik İldırım Məmmədovun sözlərinə görə, bu rəqəm olduqca aşağı məbləğdir: "Necə olur ki, Rusiya eynitipli stansiya üçün Ukraynaya 21 milyon, Azərbaycana isə 7 milyon manat ödəyir. Burada əsas məsələ Rusiyanın yanaşma tərzindəki ikili standartlardır. Yəni Rusiya heç bir təhlükəsi olmayan Slavyan ölkəsinə lazım olan dəyəri verə bilir, lakin Cənubda əhəmiyyətli və strateji dəyər daşıyan dövlətə eyni dəyəri vermir. Qəbələ RLS-in ölkəmizə və xalqımıza vurduğu ziyandan danışmağa başlasaq bitirmək çətin olar. Bu stansiya ağacların yarpaqlarına belə mənfi təsir edir. Digər tərəfdən isə dünyaya gələn şikəst uşaqlar, qan xəstəlikləri, xərçəng xəstəliklərinin sayının artması və bir sıra digər bu cür fəsadlar hər biri Qəbələ RLS-in nəticələridir. Bütün bu zərərləri pul ilə ölçsək 7 milyon da, elə 15 milyon da cüzi rəqəmdir. Yəni 15 milyon maddi zərərin bir qismini qarşılaya bilər, amma mənəvi zərəri əsla!"
Rusiyalı ekspertlər də Qəbələ RLS-in mövcudluğu barədə fikirlər, təkliflər söyləməkdədirlər. Siyasi şərhçi Andrey Rayevski deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi üçün RLS-lə bağlı danışıqlardan istifadə edə bilər: "Azərbaycan bu məsələdə sərtlik göstərə bilər. Bu RLS İrandan, Pakistandan və Hindistandan ballistik raketlərin mümkün buraxılışı haqqında xəbərdarlıq məqsədilə Rusiya üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Bakı cəsarətlə icarə haqqını 140 milyon dollara qədər artıra bilər".
Ekspertin sözlərinə görə, Azərbaycan "Baykonur" kosmodromunun icarə haqqını ildə 115 milyon dollar səviyyəsinə qədər qaldıran Qazaxıstandan nümunə götürə bilər: "Bütün əlavə xərcləri nəzərə alaraq Rusiya hər il öz dövlət büdcəsindən "Baykonur"a 315 milyon dollar vəsait ayırır. Bu, hətta Rusiya kimi elə də yoxsul olmayan ölkə üçün böyük məbləğdir. Buna görə də Azərbaycan məsələni qəti şəkildə qoymalıdır: ya biz Rusiya üçün Qəbələ RLS-in icarə qiymətini 10 dəfə artırırıq, ya da Moskva bizə Qarabağ məsələsini həll etməkdə kömək edir, o zaman icarə haqqı əvvəlki səviyyədə qalır və ya hətta aşağı düşür".
Qəbələ RLS-lə icarə müddətinin uzadılması və modernləşməsi ideyası kimə məxsusdur?
Qəbələ RLS-lə icarə müddətinin ömrünün 2025-ci ilədək uzatmaq və stansiyanı modernləşdirməklə bağlı ideyanın Rusiyanın hazırkı baş nazirinə məxsusluğu şübhə doğurmur. Çünki stansiya Moskvanın tək Azərbaycanda yox, böyük bir regionda "gözü" sayılır. Dünyada və bölgədə yaşanan siyasi təlatümlər fonunda, Qarabağ bölgəsində atəşkəs təhlükəsinin artdığı dönəmdə, Xəzər hövzəsi uğrunda Qərblə Rusiya arasında çarpışmanın həlledici mərhələyə girdiyi bir vaxtda şimal qonşumuzun bu "gözdən" elə-belə vaz keçəcəyi, mümkün bütün güzəştlərə gedəcəyi ehtimalı daha inandırıcı görünür.
Birləşmiş Ştatlar isə Azərbaycanı bu sövdələşmədən çəkindirmək üçün hərəkətə keçib. Ötən il dekabrın 20-də ABŞ müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Maykl Vikkers Bakıda oldu və ehtimal edilirdi ki, onun səfərinin əsas məqsədlərindən biri də Qəbələ RLS-ə dair danışıqların detallarını, Rusiyanın stansiya ilə bağlı yeni planlarını öyrənmək olub. Bu həftə isə ABŞ dövlət katibinin Avropa və Avrasya işləri üzrə köməkçisinin müavini Erik Rubin Bakıya səfər edəcək. "Regnum" agentliyi xəbər verir ki, səfərin məqsədi Qəbələ RLS-in sonrakı taleyinə dair müzakirələr aparmaqdır.
Amerika tərəfi stansiyanın icarə müddətinin uzadılmayacağı təqdirdə onun idarə edilməsi üçün Bakıya köməyini təklif edir. Ehtimala görə, Vaşinqton stansiyanın Rusiyaya verilməyəcəyi təqdirdə onun modernləşdirilməsinə hazırdır. Stansiyanın ABŞ-ın nəzarətinə keçməsi strateji əhəmiyyətli bölgədə, İranın qonşuluğunda Vaşinqtona ciddi üstünlük vəd edərdi.
Azərbaycan tərəfi bu mürəkkəb situasiyada Qəbələ RLS-ni Rusiyaya icarəyə verilməsində tələsməməyi qərara alıb. Dekabrın 30-da prezident İlham Əliyev stansiyaya dair Rusiya ilə danışıqlar aparan işçi qrupunun tərkibini təsdiqləyib. Qrupa müdafiə naziri və digər bir sıra dövlət qurumlarının rəhbərləri daxildir. Rusiya danışıqların ən uzağı yanvarda yekunlaşmasını gözləyirdi, ancaq görünən odur ki, danışıqlar hələ uzanacaq. Azərbaycan Qəbələ RLS məsələsindən dünyanın iki böyük dövləti qarşısında öz maraqlarını təmin etmək üçün maksimum faydalanmağın yollarını axtarır.
Qəbələ RLS və onun əhəmiyyəti
Azərbaycanda Qəbələ rayonunda fəaliyyət göstərən \"Dəryal\" tipli stasionar radiolokasiya stansiyasıdır.
SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olmuşdur. İstismara 1985-ci ildə verilib.
Texniki parametrlərinə görə dünyada analoqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların taraektoriyasını müəyyən edə bilir.
Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Hazırda Rusiya tərəfindən 2012-ci ilə kimi il ərzində 7 mln. dollar ödəməklə icarəyə verilib. Müqaviləyə əsasən 1000 Rusiya hərbiçisi ilə yanaşı burada təlim keçən Azərbaycan mütəxəssisləri də fəaliyyət göstərir. Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilər
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



