YAP Yasamal rayon təşkilatının VIII konfransı keçirilib-FOTOSESSİYA
Bu gün Azərbaycan Dövlət Milli Akademik Dram teatrında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və büstü önünə əklillər qoyublar. Daha sonra konfrans Azərbaycan Dövlət Milli Akademik Dram teatrının akt zalında davam etdirilib. Təşkilat sədrinin, dövlət və müəssisə orqanlarının, incəsənət nümayəndələrinin iştirak etdiyi konfransda gündəlikdə duran əsas məsələlər müzakirə olunub. Konfrans ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan respublikası dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov konfransı giriş nitqi ilə açaraq bildirib ki, təşkilatın sıralarına 25 min üzvdən 500 nəfər nümayəndə seçilib. Onun sözlərinə görə, həmin 500 adamdan 472 nəfər isə qeydiyyatdan keçib. Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunmasına toxunan sədr qısa zaman ərzində ölkəmizin iqtisadi-sosial sahədə qazandığı uğurlar haqqında da ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, eləcə də ölkəmizin bir sıra beynəlxalq forumlara ev sahibliyi etməsi ulu öndər Heydər Əliyevin siyasi uğuru kimi qiymətləndirilməlidir. Fikrət İsmayılov VII konfransandan ötən dövr ərzində YAP Yasamal rayon təşkilatında 51 iclasın keçirildiyini və bu iclasdan 12-nin təşkilatın ümumi iclası olduğunu diqqətə çatdırıb. O, təşkilatın 1996-ci ildən etibarən ənənəvi olaraq qaçqın və məcburi köçkünlərlə əlaqələr saxlanıldığını, kimsəsiz ailələrin uşaqlarına pulsuz dərs ləvazimatlarının paylanıldığını bildirib: "2000-ci ildən təhsildə fərqlənən 15 kimsəsiz uşağa təşkilat tərəfindən 40 manat məbləğində təqaüd verilib".
Sədr həmçinin mütəmadi olaraq gənclərlə görüşlərin təşkil olunduğunu da sözlərinə əlavə edib. Daha sonra hesabat üzrə nəzarət-təftiş qrupunun sədri, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev və digərləri çıxış edərək ötən dövrdən bu yana konfans çərçivəsində görülən işlərdən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB