Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü gələn ay keçiriləcək

Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü gələn ay keçiriləcək

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü gələn aya təxirə salınıb. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib. O, görüşün hansı səbəbdən təxirə salındığını açıqlayıb: "Kiprdəki dəfn mərasimi ilə əlaqədar Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin yanvarın 17-də Naxçıvanda keçirilməsi planlaşdırılan görüşünün gələn ay keçirilməsi qərara alınıb".


Xatırladaq ki, yanvarın 17-də Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə