Azərbaycan Parlamentinin üzvü ŞKTC-nin prezidentinə Rauf Denktaşın ölümü ilə bağlı başsağlığı verib
Millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Sarayında əfsanəvi lideri və qurucu prezidenti, Türk Dünyasının böyük oğlu Rauf Denktaşla vida mərasimində iştirak edib. SİA-nın aldığı məlumata görə, daha sonra millət vəkili ŞKTC-nin prezidenti Dərviş Əroğlu və Baş nazir İrsen Küçüklə görüşərək onlara ŞKTC-nin qurucu lideri Rauf Denktaş ölümü ilə bağlı başsağlığı verib və Azərbaycan xalqının kədərinin çatdırıb.
Millət vəkili bildirib ki, Azərbaycan xalqı Türk dünyasının qəhraman oğullarından və böyük liderlərindən olan Rauf Denktaşı dünyasını dəyişməsindən çox üzgündür. Rauf Denktaşın Türk Dünyasının hər yerində, o cümlədən Azərbaycanda da çox sevildiyini bildirən Qənirə Paşayeva deyib ki, Türk insanı harada yaşamasından asılı olmayaraq onun xidmətlərini heç zaman unutmayacaq. Millət vəkili prezident sarayında qoyulmuş xatırə kitabına Rauf Denktaş haqqında düşüncələrini də yazıb. Qənirə Paşayeva həmçinin ŞKTC-nin BRT, Kanal T televiziya kanallarında çıxış edərək ŞKTC-nin əfsanəvi lideri və qurucu prezidenti, Türk Dünyasının böyük oğlu Rauf Denktaş barədə, Azərbaycanlıların ona sevgi və sayğısı haqqında və özünün onunla bağlı xatirələrindən danışıb. ŞKTC-nin bir sira agentlikləri və qəzetlərində də millət vəkilinin fikirləri öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB