Ermənistan-Türkiyə protokollarının ratifikasiyası iki qonşu ölkə arasında münasibətlərə müsbət təsir edəcək. SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer bs-kavkaz.org saytına müsahibəsində deyib. Onun sözlərinə görə, protokolların ratifikasiya olunmayacağı təqdirdə iki dövlət arasında başlanan proses hər iki cəmiyyəti məyus edəcək.
Sabina Freyzer qeyd edib ki, protokolların ratifikasiyası hər iki dövlətə sərf edir. Belə ki, rəsmi Ankara xarici siyasətində - Qafqazda siyasi əhatəsini genişlədirəcək, Avropa Birliyinə daxil olmaq üçün daha da yaxınlaşacaq. Bundan sonra ermənilər soyqırımının tanınması məsələsindən imtina edəcəklər: "Ermənistana gəldikdə isə protokolların ratifikasiyası Türkiyə ilə sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına səbəb olacaq, bu addım xarici siyasətdə də İrəvana dividentlər gətirəcək. Tarixçilərdən ibarət komissiyada tarixi faktlar müzakirə olunacaq. Ermənistan Türkiyə ilə münasibətlərini nizamlamaqla erməni diasporuna nümayiş etdirəcək ki, onlardan asılı olmayan, müstəqil siyasət yürütməyi bacarır. Bir sözlə hər iki tərəf prosesdən uduşlu çıxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB