Millət vəkili: “Əgər Azərbaycan olmasaydı, İsrail Knesseti qondarma “erməni soyqırımı”nı qəbul edə bilərdi”
"Əgər Azərbaycan olmasaydı, İsrail Knesseti qondarma "erməni soyqırımı"nı qəbul edə bilərdi". SİA-nın xəbərinə görə, bunu millət vəkili, politoloq Fazil Mustafa deyib. Onun sözlərinə görə, rəsmi Bakıya qarşı mövcud münasibət fonunda İsrailin bu cür addım atması iki dövlət arasında münasibətlərin gələcək perspektivinə mənfi təsir edə bilər: "Yəhudilərin bunu qəbul etmə perspektivləri çox azdır. Çünki yəhudi soyqırımı anlayışı yanına qondarma "erməni soyqırım"ı anlayışının daxil edilməsi onların maraqlarına uyğun deyil. Ən əsasıda Azərbaycan faktoru burada çox ciddi rol oynayır. Bunları sadəcə Türkiyənin addımına qarşı taktiki addımlar kimi qəbul etmək lazımdır. Hesab edirəm ki, bu heç Knessetdə ana gündəmə gəlmədən kiçik müzakirələr şəklində bitəcək".
Fransa Senatına qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin çıxarılması fonunda Türkiyənin atacağı addımlara gəlincə politoloq hesab edir ki, rəsmi Ankara bu məsələdə xarakter nümayiş etdirməlidir. Dövlət olaraq bölgəsəl gücə çevrilmə savaşını aparmalı və daha çox Yaxın Şərq problemlərin həllində açar rolunu oynayan bir dövlət kimi gücünü qaldırmalıdır: "Bu zəmində rəsmi Ankara bölgəsəl gücə çevrilsə, Avropa məkanı Türkiyə ilə əməkdaşlıq üçün maraqlı olacaq".
Millət vəkili deyir ki, Fransa həmçinin Türkiyənin Avropa İttifaqına daxil olması üçün də süni manelər yaradır. Belə ki, əsas səbəb Türkiyə ilə ABŞ arasında yüksələn müttəfiqlik münasibətləridir: "Avropa öz məkanında ABŞ-la çox yaxın ola biləcək dövlətin yaranmasına maraqlı deyil. Eyni zamanda Türkiyənin Aİ-yə daxil olması ölüm-qalım məsələsi də deyil. Çünki , zaman göstərdi ki, Aİ-ya üzv olan dövlətlərdə baş verən böhran fonunda Türkiyənin iqtisadi imkanları daha da genişləndi. Lakin Türkiyə Aİ-yə üzv olsaydı, quruma üzv dövlətlər arasında daha çox iqtisadi tənəzzül yaşayardı. İndi Türkiyə siyasəti Avropa anlayışını özünə bir hədəf olaraq seçərək gündəmdə saxlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB