ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 17-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB