Natali Qule: \"Fransa ilə Türkiyə və Azərbaycan arasında dostluq əlaqələri vardır\"

Natali Qule: \"Fransa ilə Türkiyə və Azərbaycan arasında dostluq əlaqələri vardır\"

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi heç bir tərəfi dəstəkləməyərək neytral qalmalıdır, əks təqdirdə beynəlxalq aləmdə nəticəsi bilinməyən mənfi hallar baş verə bilər. Bu sözləri Türkiyənin nüfuzlu "Hürriyyət" qəzetinə müsahibəsində Fransa Senatının üzvü Natali Qule demişdir.

Fransalı deputat bildirib ki, qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsinin kimə lazım olduğunu hamı yaxşı bilir. Fransa Milli Assambleyasında və Senatında bu qanunun qəbul edilməsinin əleyhinə olan çox deputat vardır. Yanvarın 23-dək bu qanunun müzakirəyə çıxarılmaması üçün bütün imkanlardan istifadə edəcəyik. Əgər Senatda bu qanun qəbul olunsa biz Fransanın Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Fransa ilə Türkiyə və Azərbaycan arasında dostluq əlaqələri vardır. Bütün münaqişələr isə danışıqlar yolu ilə həllini tapmalıdır.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə