Gürcüstan parlamenti sədrinin müavini Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 17-də Azərbaycana səfərə gələcək.
Milli Məclisdən SIA-ya verilən məlumata görə, səfərin məqsədi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişafına, eləcə də digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Gürcüstan parlament nümayəndə heyətinin üzvləri Milli Məclisdə, Səhiyyə və İqtisadi İnkişaf nazirliklərində bir sıra görüşlər keçirəcəklər. Onlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB