YAP Cəbrayıl rayon təşkilatının VII konfransı keçirilib

YAP Cəbrayıl rayon təşkilatının VII konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının VII konfransı keçirilib. Təşkilatdan SİA-ya bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə Biləsuvar rayonu ərazisindəki qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.
YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev VI konfransından ötən dövrdə qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib, görülən işlər barədə ətraflı məlumat verib. A.Fərzəliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan YAP-ın sıralarının gündən-günə genişləndiyini bildirib.
Nəzarət-təftiş qrupunun sədri İnqilab Quliyev, qadınlar şurasının sədri Validə Həsənova və digər çıxış edənlər təşkilatın fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Astan Şahverdiyev, Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı Mahmud Quliyev, və "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev və başqaları ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatındakı rolundan danışıblar.
Konfransda növbəti il üçün tədbirlər planı müzakirə olunub, ümumilikdə YAP Cəbrayıl rayon təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib. Tədbirdə yeni şura, idarə heyəti və nəzarət təftiş qrupu seçilmiş, qətnamə layihəsi qəbul olunub.
Fərqlənən YAP üzvlərinə fəxri fərmanlar, təşkilata yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim olunub.
Arif Fərzəliyev yenidən YAP Cəbrayıl rayon təşkilatının sədri seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə