Elməddin Cəfərov: “Partiyaya üzv olmaq bundan sonrakı məsuliyyəti daha da artacaq”
"Sənət adamları əslində bitərəf olurlar və siyasətə qarışmırlar. Əslində mən də siyasətə qarışmıram, sadəcə olaraq bu gündən bitərəf deyiləm". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasına üzv olan Elməddin Cəfərov deyib. O bildirib ki, bu gündən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu təsdiqləyən vəsiqəsi olacaq və bundan sonrakı məsuliyyəti daha da artacaq.
"Bütün gənclərə və sənət adamlarına da bunu məsləhət görərdim. Biz də öz fəaliyyətimizlə hər kəsə örnək olmalıyıq. Zamanla böyüklərdən bir çox şeylər öyrənir və öyrəndiklərimizi gənclərə aşılamaq istəyirik. Bugünki gənc nəsil olaraq yaxşı tərəflərimizlə seçilməyi qarşımıza məqsəd qoymalıyıq. İnanırıq ki, partiyanın üzvü olduqdan sonra gördüyümüz bütün işlərlə gənclərə dəstək olacağıq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB