Xocalı soyqırımının qəbul edilməsi üçün yaxın vaxtlarda Türkiyə TBMM-nə təklif veriləcək
Xocalı soyqırımının qanun kimi qəbul edilməsi üçün yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinə (TBMM) təklif veriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdırdan olan millət vəkili, Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) fəxri sədri Sinan Oğan bildirib:
"Ankaradakı Fransa səfirliyinin önünə Əlcəzair soyqırımı abidəsinin qoymaq kifayət deyil, Xocalı soyqırımı abidəsinin də qoyulması lazımdır. Biz bu məsələni məclisin müzakirəsinə çıxaracağıq. Xocalı soyqırımının qanun kimi qəbul edilməsi üçün yaxın vaxtlarda parlamentə təklif verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB