Aİ Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqların fevralda keçiriləcəyi xəbərini təsdiqləyib- YENİLƏNİB
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqların fevralda keçiriləcəyi xəbərini təsdiqləyib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən səfir qeyd edib ki, burada inzibati prosedurların asanlaşması, uzunmüddətli vizalar və ümumilikdə viza alma prosesinin yüngülləşdirilməsi, o cümlədən rüsumunun azaldılması nəzərdə tutulur:
"Bu məqsədlə Bakıya gələcək AB nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələlik məlum deyil. Biz başa düşürük ki, viza rejiminin sadələşdirilməsi Azərbaycan vətəndaşlarını çoxdan gözlədiyi məsələlərdən biridir. Ümidvaram ki, Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqları tez bir vaxtda yekunlaşdıra biləcəyik və o zaman Azərbaycan vətəndaşları Avropaya daha asanlıqla səyahət edə biləcəklər".
Viza rejimi sadələşdirdildikdən sonra Azərbaycan vətəndaşlarının kütləvi şəkildə Avropaya miqrasiya etməsinə gəlincə isə səfir bildirib ki, Azərbaycandan Avropaya kütləvi miqrasiyanın olmayacağı ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, Azərbaycanın başqa ölkələrdə Avropaya miqrasiya üçün tranzit ölkə rolunu oynaması isə başqa məsələdir: "Azərbaycan əhalisi o qədər də çox deyil və vətəndaşlar ölkədə həyat səviyyəsindən razıdırlar. Lakin Azərbaycanın miqrasiya üçün tranzit ölkəyə çevrilə biləcəyi Bakıda keçiriləcək danışıqlarda müzakirə olunacaq. Çünki biz həmçinin readmissiya barədə də danışıqlar aparacağıq. Readmissiya onu nəzərdə tutur ki, Avropa Birliyi ərazisinə qanunsuz miqrasiya etmiş heç də bütün qeyri-Azərbaycan vətəndaşların Azərbaycan tərəfindən öz ölkələrinə qaytarılmayacaq Danışıqların başa çatması siyasi iradənin ortaya qoyulmasından asılıdır. Gürcüstanla viza rejiminin sadələşdirilməsi və readmissiya danışıqları cəmi il yarım çəkdi. Orada bu barədə qərar qəbul etmək üçün siyasi iradə vardı. Əgər Azərbaycanda da belə bir iradə olsa, biz yekun qərara gələ bilərik".
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB