Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Naxçıvanda Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşündə iştiraki təsdiq olunub. SİA-nın "Cumhuriyyet" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlcuq Ünal bildirib ki, Ə.Davudoğlu yanvarın 17-də Naxçıvanda keçiriləcək Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Xatırladaq ki, bu görüşün keçirilməsi ilə bağlı razılıq ötən ilin noyabrında üç ölkənin nazir müavinlərinin Naxçıvandakı görüşü zamanı əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB