Bakı şəhəri Parlament prospektində, Şəhidlər Xiyabanının qarşısında yeni piyada keçidinin tikintisi ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri aparılır. "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar yanvarın 13-də gün ərzində Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB