Fərid Şahbazlı: \"Azərbaycan gəncliyi buna imkan verməyəcək\" - MÖVQE

Fərid Şahbazlı: \"Azərbaycan gəncliyi buna imkan verməyəcək\" - MÖVQE

"Reallıq və məntiq hissini itirən 3-5 adam internetdə açdıqları sıradan bir səhifəyə \"Böyük xalq hərəkatı\" adı veriblər. Bu adamların heç səhifələrinə məntiqli bir ad seçmək qabiliyyətləri də yoxdur, qalmışdı ki, ölkədə nələrisə dəyişələr. Mən sosial şəbəkələrdə başlanan bu kampaniyanı hərəkat kimi yox, şou-biznes əhlinə məxsus növbəti hay-küy cəhdi kimi dəyərləndirirəm\".

SİA-nın xəbərinə görə, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bir qrup gəncin sosial şəbəkələrdə elan etdiyi 11 mart \"Böyük xalq hərəkatı\" ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən olduqca uğurlu və məqsədyönlü dövlət gənclər siyasəti reallaşdırılır: \"Atılan bütün addımlar, görülən bütün işlər göz önündədir və ölkə gəncliyinin böyük əksəriyyəti birbaşa bu prosesdə iştirak edir. Bu mənada özünə ciddi bir məşğuliyyət tapmayan bir qrup adamın sosial şəbəkələrdə Azərbaycan gəncliyi adından çıxışlar etməsi məntiqsizlikdən başqa bir şey deyil. İnsanları gənc yaşında müxalifətə gətirib, elə müxalifətdəcə təqaüdə göndərənlərin gəncləri növbəti dəfə özlərinin çirkin əməllərinə alət etmək, ölkəni qarışdırmaq cəhdləri mümkün olmayacaq. Azərbaycan gəncliyi və bu gəncliyin öndə gedən simaları buna imkan verməyəcəklər. Gənclərimizin kifayət qədər qəti və aydın mövqeyi var. Azərbaycan gəncləri prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən islahatları dəstəkləyir və bu islahatların davamlı olması üçün əlindən gələni etməyə hazırdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə