Avropa Yayım Birliyi BBC-yə xəbərdarlıq məktubu göndəribmi?

Avropa Yayım Birliyi BBC-yə xəbərdarlıq məktubu göndəribmi?

Avropa Yayım Birliyi BBC-ni Avroviziya mahnı müsabiqəsi əleyhinə qarayaxma kampaniyasında suçlayan məktubun göndərildiyi barədə xəbərləri qətiyyətlə təkzib edib. SİA-nın xəbərinə görə, Avropa Yayım Birliyinin adının çəkilməsini istəməyən nümayəndəsi məktubun müzakirə olunmadığını bildirib: "Biz BBC-yə bu cür məktubun yazıldığını inkar edirik".

Qeyd edək ki, bu ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Qərb mətbuatında aparılan qarayaxma kampaniyası Avropa Yayım Birliyini narahat edib. İştirakçılar Bakıda aparılan inşaat işlərinin "Eurovision"la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların əsassız olduğunu bildiriblər. Toplantının sonunda Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq edilməsi qərara alınıb.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə