Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman Naxçıvana gedəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman Naxçıvana gedəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman Naxçıvan Muxtar Respublikasına səfər edəcək. SİA-nın məlumatına görə, səfər yanvarın 17-18-də baş tutacaq.

Səfər zamanı Piter Beytman NMR-nın rəhbəri Vasif Talıbovla danışıqlar aparacaq, habelə Azərbaycan XİN-in Naxçıvan nümayəndəliyində və Naxçıvan Dövlət Universitetində tələblərlə görüşlər keçirəcək. Piter Beytman Naxçıvan Dövlət Universitetində Britaniyada təhsil imkanlarına həsr olunmuş sessiyada iştirak edəcək.

Qeyd edək ki, bu Britaniya səfirinin Azərbaycan regionlarına ilk səfəri olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə