Azərbaycanlı deputatlar Qazaxıstana səfər edəcək

Azərbaycanlı deputatlar Qazaxıstana səfər edəcək

Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 15-nə təyin olunmuş seçkiləri deputatlardan Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər. Azərbaycan parlamentinin nümayəndələri bir sıra seçki məntəqələrində olacaq, seçkilərin təşkili məsələləri ilə maraqlanacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər. Səfər yanvarın 18-də başa çatacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə