Cəbhə bölgəsinə səfər edən avropalı qonaqlar məcburi köçkünlərlə görüşüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Finlandiya parlamentinin 4 nəfərlik nümayəndə heyəti Ağdama gəlib. ATƏT -in Parlament Assambleyasının finlandiyalı nümayəndə heyəti ağdamlı məcburi köçkünlərlə görüşüb. Rayona səfər edənlər arasında millət vəkili Məlahət İbrahimqızı da olub.
Avropalı diplomatlar ilk öncə Ağdam rayon İcra Hakimiyyətində olublar. Ağdam rayon icra başçısı Nizami Sadıqov qonaqlara bildirib ki, ermənilər Azərbaycan torpaqlarının 20 faizini, Ağdamın 77 faizini işğal edib. Qarabağ müharibəsindən sonra atəşkəs müqaviləsindən 17 il keçməsinə baxmayaraq, Ermənistan ordusu tez-tez atəşkəsi pozur. Erməni hərbçiləri ağır atıcı silahlardan xüsusilə snayperlərdən cəbhə yanı yaşayış məntəqələrimizi və Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutur.
Finlandiya parlamentinin üzvləri daha sonra rayonun Quzanlı qəsəbəsində yerləşən orta məktəbdə olublar. Burada köçkün uşaqların tədris prosesi ilə yaxından tanış olublar. Daha sonra qonaqlar qəsəbədə məskunlaşan məcburi köçkünlərlə görüşərək onların yaşayış şəraiti ilə tanış olublar.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB